İqlime nədir?

İqlime cihazı ilə siz, harada olduğunuzdan asılı olmayaraq, istədiyiniz məkanın temperatur və rütubətinə 24 saat rejimində nəzarət edə bilərsiniz. Həmin göstəricilər dəyişərsə, İqlime sizi bu haqda mobil zəng və ya SMS vasitəsilə xəbərdar edəcək. Mobil tətbiq və ya veb sayt üzərindən İqlime-in üstünlüklərindən tam yararlanın.

İqlime-i harada istifadə edə bilərəm?

usage icon
İstixanalarda
Məlum olduğu kimi, lazımi temperatur və rütubətdə bitkilər daha tez və daha çox məhsul verir. Və əksinə, temperatur və rütubət normadan kəskin fərqlənərsə, bitkiləriniz tələf ola bilər. İqlime ilə bunun qarşısını almaq olduqca asandır.
usage icon
Anbarlarda
İqlime-i həmçinin anbarlarda, apteklərdə, marketlərdə, server otaqlarında, xüsusi temperatur və rütubət şəraitinin saxlanması tələb olunan digər obyektlərdə istifadə edə bilərsiniz. İqlim şəraitinin dəyişməsi həmin obyektlərdəki məhsullara, əşyalara ziyan vura bilər. İqlime sizi belə bir ehtimalın yaranması haqda dərhal xəbərdar edəcək.
usage icon
Evlərdə
Evinizdən nə qədər uzaqda olduğunuzdan asılı olmayaraq oradakı temperatur və rütubətə daim nəzarət edə bilərsiniz. İqlime-i hətta yanğından xəbərdarlıq sistemi kimi istifadə edə bilərsiniz, çünki İqlime temperaturun kəskin surətdə qalxması haqda məlumatı sizə dərhal göndərəcək.

Cihaz

device
Texniki göstəricilər

İqlime-i necə əldə edə bilərəm?

İqlime-i əldə etmək üçün bizimlə əlaqə saxlayın

Bizim müştərilərimiz

client photo
Sevda Quliyeva
Aptek sahibi
Təbii ki, dərman və preparatlar xüsusi temperatur və rütubət şəraitində saxlanılmalıdır. İqlime ilə mən aptekimdə həmin lazımi şəraitin qorunub saxlanılmasına nail oluram.
client photo
Sara Məmmədova
Market administratoru
Satdığımız bəzi məhsulları xüsusi temperaturda və rütubət şəraitində saxlamaq lazımdır. Əks halda, onlar xarab ola bilərlər ki, bu da bizim üçün maliyyə itkisi deməkdir. İqlime bu təhlükəni əminliklə aradan qaldırır.
client photo
Mahir Bayramov
Kiçik sahibkar
Soyuq aylarda istixanada becərdiyimiz bitkiləri gecənin temperatur düşməsindən qorumaq üçün əvvəllər hər gecə 1-2 dəfə oyanıb istiliyə nəzarət etməli olurduq. İndi isə, İqlime-in sayəsində narahat olmadan dincimizi alırıq.
client photo
Kənan Əliyev
IT mütəxəssis
Şirkətimizin server otaqlarındakı havanın həddindən artıq qızmasından qısa müddətdə xəbərdar olmaq üçün İqlime-dən istifadə etməyi qərara aldıq. Yarım illik istismar dövrü qərarımızın doğru olduğunu sübut etdi.

Satış və Ödəmə ilə bağlı suallarınız üçün

Tel: (+994 12) 377 00 37
E-poçt: iqlime@kibrit.tech